Bank Of Baku

Son 20 ildə Azərbaycanda 3,5 mln. subyektə torpaq sahəsi verilib

Son 20 ildə Azərbaycanda 3,5 mln. subyektə torpaq sahəsi verilib
# 07 oktyabr 2011 08:22 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, Q.Məmmədov bildirib ki, ötən 20 ildə Azərbaycanda aqrar torpaq islahatları sahəsində 150-dən çox rəsmi sənəd qəbul olunub ki, bu da torpaq islahatlarına təkan verib: “İslahatlar indiyədək davam etdirilir”.

Komitə sədrinin sözlərinə görə, ötən müddət ərzində 3,5 mln. subyektə - 875 min ailəyə torpaq sahəsi verilib: “Bu da 3,5 mln. həyətyanı sahə deməkdir. Bunlardan 2 mln.-dan çoxu komitə tərəfindən öyrənilib”.

Q.Məmmədov qeyd edib ki, müstəqilliyin bərpasından sonra 232 kolxoz və sovxoz ləğv olunub, onlara məxsus torpaqlar əhaliyə paylanıb: “Bələdiyyələr yaradılanda onların sayı 2666 idisə, sonradan 2774-ə qədər artırılıb, daha sonra isə 1718-dək azaldılıb”.

Komitə sədrinin dediyinə görə, ötən müddətdə sözügedən sahədə 8 mindən çox qanun pozuntusu aşkarlanıb, bunun 4 mindən çoxu aradan qaldırılıb, bir o qədər də inzibati cəza tətbiq olunub və dövlət büdcəsinə 10 min manat köçürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR