Bank Of Baku

Komitə sədri: “Azərbaycanın o qədər torpağı yoxdur ki, bələdiyyələrə əlavə torpaq əraziləri ayrılsın”

Komitə sədri: “Azərbaycanın o qədər torpağı yoxdur ki, bələdiyyələrə əlavə torpaq əraziləri ayrılsın”
# 07 oktyabr 2011 09:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda bələdiyyələrə ayrılan torpaqların əhatə dairəsini artırmağa imkan yoxdur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə 1 718 bələdiyyə fəaliyyət göstərir ki, onlara ölkə torpaqlarının 23,5%-i verilib, bunun da 19,6%-i özəlləşdirilib: «Xarici praktikaya nəzər yetirsək, görərik ki, bələdiyyələr onlara ayrılan torpaqlarda təsərrüfatlar yaradıb gəlir əldə edir. Lakin bizim bələdiyyələr torpaq alqı-satqısı ilə məşğuldur, bir qismini icarəyə verib».

Komitə sədri onu da bildirib ki, hazırda ölkədə 2,3 mln. hektar ərazi yaylaq-qışlaq torpaqları üçün verilib, 1,2 mln. hektarı meşə fondunun, 200 min hektarı su fondunun balansındadır: «Azərbaycanın o qədər torpağı yoxdur ki, bələdiyyələrə əlavə torpaq əraziləri ayrılsın».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR