Bank Of Baku

Azərbaycanda Aerogeodeziya Mərkəzi istifadəyə veriləcək

Azərbaycanda Aerogeodeziya Mərkəzi istifadəyə veriləcək
# 07 oktyabr 2011 09:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yaxın gələcəkdə Azərbaycanda Aerogeodeziya Mərkəzi istifadəyə veriləcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda Komitənin ölkə ərazisi üzrə 37 aerogeodeziya stansiyası fəaliyyət göstərir: «Bu yaxınlarda Aerogeodeziya Mərkəzinin rəsmi açılışı olacaq, sözügedən stansiyalardan mərkəzə 24 saat ərzində məlumatlar daxil olacaq».

Q.Məmmədov onu da bildirib ki, hazırda komitə elektron xidmətlərin genişləndirilməsi istiqamətində də işləri davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR