Bank Of Baku

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri İstanbulda keçirilən beynəlxalq İKT sərgisinin açılışında çıxış edib

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri İstanbulda keçirilən beynəlxalq İKT sərgisinin açılışında çıxış edib
# 07 oktyabr 2011 10:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İstanbul (Türkiyə) şəhərində keçirilən «CeBİT Bilisim Eurasia 2011» - beynəlxalq informasiya texnologiyaları sərgi və konfransın açılış mərasimində çıxış edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, öz çıxışında nazir tədbir iştirakçılarına Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində həyata keçirilən islahatlar, irimiqyaslı işlər, beynəlxalq və region üçün əhəmiyyətli olan layihələr barədə geniş məlumat verib.
Daha sonra Ə.Abbasov Türkiyənin rabitə və nəqliyyat naziri Binali Yıldırımla birgə sərgidə təmsil olunan pavilyonlara baxış keçirib.

Qeyd edək ki, Azərbaycandan 25 aparıcı şirkətin iştirak etdiyi sərgidə respublika böyük milli pavilyonla təmsil olunur. Sərgidə ölkənin İKT sahəsində əldə etdiyi ən son nailiyyətlər, eləcə də bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələr nümayiş olunur. Azərbaycan həmçinin builki sərgi və konfransın rəsmi tərəfdaş ölkəsi qismində çıxış edir.

Xatırladaq ki, sərgi oktyabr ayının 9-na qədər davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR