Bank Of Baku

Bakıda Regional Rabitə Birliyinin işçi qrupunun iclası keçiriləcək

Bakıda Regional Rabitə Birliyinin işçi qrupunun iclası keçiriləcək
# 07 oktyabr 2011 12:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Oktyabrın 11-14-də Bakıda Regional Rabitə Birliyinin (RRB) orta və uzun dalğalarda fəaliyyət göstərən (əvvəllər sinxron rejimdə) səs yayımının tətbiqinin təkmilləşdirilməsi məqsədilə yaradılmış işçi qrupun VII iclası keçiriləcək.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, MDB ölkələrinin rabitə administrasiyalarının, radiotezliklər üzrə komitələrin nümayəndələrinin qatılacağı toplantıda müxtəlif tezlik zolaqlarının sərbəst rejimə keçdikləri halda RRB-nin digər administrasiyalarının qeyd olunan tezlikdə işləyən avadanlıqlara maneə yaratma ehtimalının araşdırılması, RRB administrasiyaları tərəfindən «Cenevrə-75» planına uyğun olaraq sinxron rejimdə işlənilən və Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyatda olan stansiyalara dair son variantların verilməsi və s. məsələlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR