Bank Of Baku

«Azərpoçt» peşə bayramı ilə əlaqədar tədbirlər planı hazırlayıb

«Azərpoçt» peşə bayramı ilə əlaqədar tədbirlər planı hazırlayıb
# 07 oktyabr 2011 12:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC poçt işçilərinin peşə bayramı ilə əlaqədar tədbirlər planı hazırlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 9-da bütün dünyada poçt sahəsinin işçiləri peşə bayramlarını qeyd edəcək. Belə ki, 1874-cü ilin məhz bu günündə dünyanın əsas beynəlxalq poçt təşkilatı - Ümumdünya Poçt İttifaqı (ÜPİ) yaradılıb: «Azərbaycanda da poçt işçilərinin peşə bayramlarının keçirilməsinə hazırlıq üzrə işlər aparılır. Belə ki, «Azərpoçt» MMC bu əlamətdar gün münasibətilə tədbirlər planı hazırlayıb. Ölkənin bütün poçt şöbələrində abadlıq, səliqə-sahman və təmizlik məqsədilə işlər görülür».

Bayramla əlaqədar ÜPİ-yə üzv ölkələrə, eləcə də təşkilat rəhbərliyinə təbrik açıqcaları göndərilib. Təbrik teleqramları Azərbaycanın veteran poçt işçilərinə də göndəriləcək. Bayram ərəfəsində Siyəzən, Göyçay və Sabirabad rayonlarında bütün lazımi müasir avadanlıqla təchiz edilmiş poçt şöbələrinin yeni binalarının açılışı olacaq.

Ölkənin bütün poçt şöbələrində bayram tədbirlərin keçirilməsi nəzərdə tutulur. «Azərpoçt» MMC-nin inzibati binasında əl işləri sərgisi təşkil olunacaq. Bayram tədbirlərinə həmçinin işlərində fərqlənən poçt əməkdaşlarının fərmanlarla təltif edilməsi və mükafatlandırılması daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR