Bank Of Baku

Azərbaycana «Renault» avtomobilinin yeni modeli gətirilib

Azərbaycana «Renault» avtomobilinin yeni modeli gətirilib
# 07 oktyabr 2011 13:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Fransanın «Renault» avtomobillərinin Azərbaycana rəsmi idxalçısı olan «Nurgün Motors» şirkəti ölkəyə yeni «Renault Sandero» modelini gətirib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, 1,6 litr benzin mühərriklə (102 at gücü) və 4 pilləli avtomatik transmissiya ilə təchiz olunmuş «Sandero» hetçbeki Azərbaycan bazarında 13 900 manat qiyməti ilə satışa çıxarılıb.

«B-Class» avtomobili olan «Sandero»nun uzunluğu 4,02 metr, eni isə 1,75 metr təşkil edir.

«Avtomobilin arxa oturacaqlarında üç nəfər sərnişin rahat yerləşə bilər. «Sondero»nun daxili hündürlüyü 878 mm, ayaq üçün yer 145 mm, dirsək səviyyəsində salonun eni 1 425 mm təşkil edir. Baqaj bölməsinin həcmi 320 litrdir. Model Azərbaycanın yol və iqlim şəraitinə tam uyğunlaşdırılıb», - deyə şirkətdən bildirilib.

Eyni zamanda, «Sandero» üçnöqtəli təhlükəsizlik kəməri ilə və arxa oturacaqların yan tərəflərində ISOFIX uşaq oturacağı üçün dayaqla təchiz edilib. Komplektasiyadan asılı olaraq «Sandero» iki təhlükəsizlik yastığına malikdir. Sürücüyə aid olan təhlükəsizlik yastığı xüsusi klapanla təchiz olunub. Bu isə yastığın açılışı zamanı təzyiqi nizama salır: «Əlavə olaraq təhlükəsizlik xüsusi taxmalarla və qapılarda qurulan gücləndirici elementləri ilə təmin edilir. Ön oturacaqlar müasir başaltılıqlarla təchiz olunub. Arxadan zərbə zamanı başaltlıqlar boyun fəqərələrinin zədələrini qarşısını ala bilir. Oturacaqların yeni konfiqurasiyası bel, baş nahiyəsini daha rahat vəziyyətdə saxlamağa imkan verir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR