Bank Of Baku

Azərbaycanda Yerüstü Peyk İdarəetmə Mərkəzinin inşasına başlanılır

Azərbaycanda Yerüstü Peyk İdarəetmə Mərkəzinin inşasına başlanılır
# 07 oktyabr 2011 13:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Oktyabrın sonunda Azərbaycanın ilk telekommunikasiya peykini idarə edəcək Yerüstü Peyk İdarəetmə Mərkəzinin inşasına başlanacaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hazırda ikinci telekommunikasiya peykinin hazırlanması istiqamətində işlər həyata keçirilir: «Həmçinin, aşağı orbitli yerin müşahidə peyklərinin də hazırlanması ilə bağlı araşdırmalar aparılır. Müşahidə peykləri sisteminin qurulması hər hansı ərazinin real vəziyyətini əks etdirən topoqrafik xəritələrin hazırlanması, ekoloji monitorinq və ətraf mühitin mütəmadi müşahidəsi, daşqınların inkişafının proqnozu və nəzarət olunması, neft axınlarının monitorinqi və neft ləkələrinin hərəkəti, hava haqqında proqnoz və təhlükəli təbiət hadisələrinin monitorinqi, kənd təsərrüfatı məhsuldarlığının proqnozu, meşə qırılmalarının izlənilməsi və yanğınların müəyyən edilməsi, müxtəlif fövqəladə hadisələrin proqnozu və operativ idarə olunması, sərhədlərə nəzarət məsələləri və s. tədbirlərin həyata keçirilməsinə xüsusi təkan verəcək».

Qeyd edək ki, peyk ABŞ-ın «Orbital Sciences» Korporasiyası, daşıyıcı raket isə Fransanın «Arianespace» şirkəti tərəfindən hazırlanır. Peykin Cənubi Amerikada yerləşən Fransız Qayanasındakı Kürü kosmodromundan 46° şərq uzunluğunda yerləşən orbital mövqeyə çıxarılması nəzərdə tutulur. Peykin çıxarılacağı 46° şərq uzunluğu orbital mövqeyi Malayziyanın «Measat» şirkətinə məxsusdur.

Xatırladaq ki, peykin geostasionar orbitə çıxarılması 2012-ci ilin IV rübündə, ilk müşahidə peykinin orbitə çıxarılması 2014-cü ildə, ikinci peykin orbitə çıxarılması isə 2015-ci ildə planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR