Bank Of Baku

2013-cü ildə metro vaqonlarında kondisionerlərin quraşdırılmasına başlanacaq

2013-cü ildə metro vaqonlarında kondisionerlərin quraşdırılmasına başlanacaq
# 08 oktyabr 2011 13:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECNOMİCS. 2013-cü ildə Bakı Metropoliteninin vaqonlarında kondisionerlərin quraşdırılmasına başlanacaq. Bu barədə APA-ECONOMICS-ə Metroploitenin baş mühəndisi Elbrus Muradov məlumat verib. Baş mühəndis hazırda istifadə olunan vaqonlara kondisionerlərin quraşdırılmasının qeyri-mümkün olduğunu söyləyib.

E. Muradov əlavə edib ki, 2013-cü ildə “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları da açılacaq. Bununla bağlı yeni vaqonlar gətiriləcək və həmin vaqonlar kondisioner sistemi ilə təchiz olunacaq.

Qeyd edək ki, hazırda “Avtovağzal” xəttinin çəkilməsi üçün “Avtovağzal”dan “Memar Əcəmi”yədək iki paralel tunelin qazılmasına başlanıb. Eyni zamanda Həzi Aslanov, Təzə Günəşli və Köhnə Günəşli sahələrində də işlər aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR