Bank Of Baku

“Azsertservis” MMC-nin akkreditasiya attestatı ləğv edilib

“Azsertservis” MMC-nin akkreditasiya attestatı ləğv edilib
# 10 oktyabr 2011 10:08 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarı ilə “Azsertservis” MMC-nin Tikinti və inşaat materiallarının sertifikatlaşdırılması üzrə orqanının və sınaq laboratoriyasının akkreditasiya attestatı ləğv edilib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, bu qərar MMC-nin orqanı və laboratoriyasında aparılan müfəttiş nəzarəti zamanı bir sıra pozuntuların müəyyən olunmasından sonra qəbul edilib. Məlum olub ki, fəaliyyəti dövründə “Azsertservis” MMC-nin Tikinti və inşaat materiallarının sertifikatlaşdırılması üzrə orqanı sertifikatlaşdırma üçün qəbul olunan sifarişlərin təhlilini aparmayıb: «QOST 125-79 standartının tələblərinə uyğun olaraq gips əsaslı suvaq (gəc) materialının 10 keyfiyyət göstəricisi olduğu halda, faktiki olaraq 4-nün sınaq nəticələrinə əsaslanaraq uyğunluq sertifikatı verib. Bundan başqa, “beton qarışığı” məhsuluna uyğunluq sertifikatının verilməsi üçün Bakı şəhərindən götürülən nümunələrin sınaq üçün Lənkərana aparılması zamanı standartın tələblərində nəzərdə tutulmuş qaydalara riayət olunmadığı, bununla belə, həmin nümunələrin sınaqlarının nəticələrinə əsaslanaraq, həmçinin QOST 7473-94 standartının tələblərinə uyğun olaraq beton qarışıqlarının 6 keyfiyyət göstəricisi olduğu halda, faktiki olaraq 2-sinin sınaq nəticəsinə əsaslanaraq məhsula uyğunluq sertifikatının verildiyi müəyyən olunub.

Müfəttiş nəzarəti nəticəsində məlum olub ki, “Azsertservis” MMC-nin sınaq laboratoriyasında nümunələrin qəbulu və sınaqların aparılmasının nəticələrini təsdiq edən qeydiyyatları yoxdur, laboratoriya mütəxəssisləri standartın tələbinə uyğun sınaqları apara bilmir, ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməyib. Aşkar olunmuş pozuntularla əlaqədar “Azsertservis” MMC-ə verilən akkreditasiya attestatı ləğv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR