Bank Of Baku

Sabah Bakıda Radio Rabitə Birliyinin işçi qrupunun iclası keçiriləcək

Sabah Bakıda Radio Rabitə Birliyinin işçi qrupunun iclası keçiriləcək
# 10 oktyabr 2011 14:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Oktyabrın 11-14-də Bakıda Radio Rabitə Birliyinin (RRB) orta və uzun dalğalarda fəaliyyət göstərən (əvvəllər sinxron rejimdə) səs yayımının tətbiqinin təkmilləşdirilməsi məqsədilə yaradılmış işçi qrupun 7-ci iclası keçiriləcək.

Dövlət Radiotezliklər İdarəsindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə tezlik zolaqlarında ikinci və üçüncü mərhələ üzrə aparılmış hesabatların nəticələri, tezlik zolağında RRB ölkələrində mövcud vəziyyət, tezlik zolağına dair RRB ölkələrinin «LfMfMaint» proqram təminatının köməyi ilə apardığı hesabatların nəticələri və onların sərbəst rejimə keçməsi üçün tövsiyələrin verilməsi, zolaqların sərbəst rejimə keçdikləri halda RRB-nin digər administrasiyalarının qeyd olunan tezlikdə işləyən mənimsəmələrinə maneə yaratma ehtimalının araşdırılması və həmin tezlik mənimsəmələrinə maneə yaratmamaq üçün çıxış yollarının tapılması, RRB administrasiyaları tərəfindən tezlik zolaqlarının istifadəsinə dair ilkin təklif və razılaşmalar, RRB administrasiyaları tərəfindən Cenevrə-75 planına uyğun olaraq sinxron rejimdən işlənilən və BTİ də qeydiyyatda olan stansiyalara dair son variantların verilməsi və s. məsələlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR