Bank Of Baku

Azərbaycan avtomobillər üçün kompüter istehsal edəcək

Azərbaycan avtomobillər üçün kompüter istehsal edəcək
# 11 oktyabr 2011 06:37 (UTC +04:00)
Müəssisədən «APA-Economics»ə verilən məlumata görə, bu kompüterlərin gücü 12 vatt olacaq.

Avadanlıq 250 GB sərt disklə, 1 GB yaddaş kartı, 128 MB videokartla və 7 düymlük monitorla təchiz olunacaq. Kompüter təxminən 5 min MP3 faylı və 40 film yükləməyə imkan verəcək. Avadanlıq həmçinin oyunlar üçün zəruri olan xüsusi qurğu ilə təchiz edilib. Bununla yanaşı, kompüter vasitəsilə rəqəmsal TV proqramlarına kəsintisiz baxmaq mümkün olacaq.

Qeyd edək ki, «KÜR» elektron avadanlıqları istehsalat müəssisəsi 2005-ci ildə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və «SİNAM» şirkəti tərəfindən Mingəçevir şəhərində yaradılıb. Müəssisə Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsalı ilə məşğul olan ilk istehsalat müəssisəsidir. Müəssisənin Bakı, Sumqayıt, Gəncə, Ağdaş, Goranboy, Şəki, Yevlax və Göyçayda nümayəndəlikləri fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR