Bank Of Baku

Əli Abbasov: «Azərbaycanda sürətli internetin qiyməti orta əmək haqqının 4-5%-ni təşkil edir»

Əli Abbasov: «Azərbaycanda sürətli internetin qiyməti orta əmək haqqının 4-5%-ni təşkil edir»
# 11 oktyabr 2011 07:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Hazırda Azərbaycanda 1 Mbit/saniyə internetin trafkinin qiyməti təxminən 15 manat təşkil edir. «APA-Economics»in xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, ölkədə İKT-nin inkişafı istiqamətində atılan addımlardan biri də internet tariflərinin azaldılmasıdır.

«2010-cu ildə Dünya Bankı tərəfindən aparılan tədqiqatlar onu göstərir ki, ən yüksək inkişaf etmiş ölkələrdə sürətli internetin qiyməti orta əmək haqqının 1-2%-ni təşkil etməlidir. Bu gün Azərbaycanda bu göstərici 4-5%-dir. Ümumiyyətlə, bu gün bu sahədə ölkədə böyük rəqabət var, 40-a yaxın provayder fəaliyyət göstərir. Onlar da müxtəlif səbəblərdən qiymətləri müxtəlif edə bilər. Lakin bir çox provayder tərəfindən 15 manatlıq göstərici tətbiq olunur».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR