Bank Of Baku

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 11 oktyabr 2011 08:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkənin 20 il ərzində əldə etdiyi uğurlardan, o cümlədən İKT sektorunun dinamik inkişafından danışıb, hazırda bu sahədə uğurla icra olunan layihələrdən məlumat verib.

Nazir onu da bildirib ki, bu müddət ərzində ölkənin İKT sektoru, o cümlədən İT və poçt sahələri sürətlə inkişaf edib. Belə ki, son 10 ildə Azərbaycan İKT sahəsinin inkişafı üzrə 10 ən yüksək inkişaf etmiş ölkələr sırasında yer alıb və artıq uzun müddətdir ki, ölkənin İKT sahəsinin orta illik inkişafı 25-32% təşkil edir, bu da dünya göstəricisini təxminən 2 dəfə üstələyir.

Ölkədə mobil rabitənin inkişafından danışan Ə.Abbasov bildirib ki, hazırda Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon aparatı düşür. Nazir həmçinin qeyd edib ki, yaxın vaxtlarda ölkənin mobil rabitə operatoru olan «Azercell Telekom»a 3G xidmətlərinin göstərilməsi üçün lisenziya veriləcək, «Bakcell» şirkəti ilə isə bu istiqamətdə danışıqların aparılması davam etdirilir.

Bundan başqa, tədbirdə milli peykin orbitə buraxılması, «Trans Asia-Europa» (TAE) fiber-optik kabel magistralının Azərbaycan seqmentinin genişləndirilməsi istiqamətində görülən işlər, ölkə ərazisində rəqəmli TV yayımı və s. barədə məlumat verilib.

Qeyd edək ki, tədbir zamanı həmçinin Azərbaycan dövlətçiliyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR