Bank Of Baku

Azərbaycan TAE layihəsi üzrə yeni qətnamə hazırlayır

Azərbaycan TAE layihəsi üzrə yeni qətnamə hazırlayır
# 11 oktyabr 2011 10:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan «Trans Asia-Europa» (TAE) fiber-optik kabel magistralının milli seqmentinin genişləndirilməsinə dair işlərini davam etdirir.

«APA-Economics»in məlumatına görə, bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirində çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov TAE layihəsi barədə danışıb və hazırda Azərbaycanın TAE üzrə ikinci qətnamənin hazırladığını bildirib.

Qeyd edək ki, TAE-nin reallaşdırılması üçün 1999-cu il oktyabr ayında Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli protokol imzalanıb. Həmin ilin dekabr ayından etibarən TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb. Tikintisi 2 il davam edən fiber-optik kabel 2001-ci ildə başa çatdırılıb (Azərbaycan seqmentinin qurudakı hissəsi) və elə həmin il də Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.

Xatırladaq ki, TAE magistralı Çinin Şanxay şəhərindən Almaniyanın Frankfurt-Mayn şəhərinədək 24 min kilometrlik məsafədə uzanan böyük əhəmiyyətə malik rabitə şəbəkəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR