Bank Of Baku

«Vodafone» Asiyanın ən böyük mobil operatorlar şəbəkəsi ilə strateji tərəfdaşlıq yaradır

«Vodafone» Asiyanın ən böyük mobil operatorlar şəbəkəsi ilə strateji tərəfdaşlıq yaradır
# 12 oktyabr 2011 07:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Vodafone Group» («Vodafone») və 320 mln. istifadəçiyə malik Asiyanın ən böyük mobil operatorlar şəbəkəsi olan «Conexus Mobile Alliance» şirkəti («Conexus») strateji tərəfdaşlıq yaradacaqlarını elan edib.

«Vodafone»dan «APA-Economics»ə verilən məlumata görə, bu tərəfdaşlığa əsasən «Vodafone» Asiyanın 10 ölkəsini əhatə edən «Conexus» şirkətinin üzvü olan bir çox mobil operatorlarla işləyəcək ki, bu da «Vodafone» şirkətinin Asiya bazarında iştirakını əhəmiyyətli dərəcədə artırmış olacaq.

“Conexus” və “Vodafone” arasında əldə olunan yeni tərəfdaşlıq “Azerfon”un dünya ölkələri üzrə rouminq şəbəkəsini genişləndirməklə bizim abunəçilər üçün yeni imkanlar yaradır. Son iki il ərzində biz istifadəçilərimizin Asiya ölkələrində rouminq xidmətlərindən istifadəsində artım müşahidə etmişik və bu yeni tərəfdaşlıq “Azerfon-Vodafone” abunəçiləri üçün Asiya qitəsində mövcud rouminq şəbəkəmizin əhəmiyyətli dərəcədə genişləndirilməsi deməkdir. Yəni bundan sonra «Azerfon» abunəçiləri Yaponiya, Honkonq, Sinqapur, Tailand, Tayvan və Filippin kimi ölkələrdə rouminq xidmətlərindən daha geniş formada istifadə edə biləcək», - deyə şirkətdən bildirilib.

Tədricən «Vodafone»nun «Conexus» şirkəti ilə olan razılaşması «FarEasTone» (Tayvan), «Hutchison Telecom» (Honkonq), «NTT DOCOMO» (Yaponiya), «SMART» (Filippin), «StarHub» (Sinqapur) və «TrueMove» (Tailand) kimi mobil operatorlarla tərəfdaşlığı da ehtiva edəcək: «Bu sövdələşmə «Vodafone»nun Tərəfdaşlar Qrupuna daxil olan operatorların, o cümlədən «Azerfon-Vodafone» mobile operatorunun istifadəçilərinin daha geniş rouminq şəbəkəsi və ən sərfəli rouminq tarifləri ilə təmin olunmasına kömək edəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR