Bank Of Baku

Azərbaycan şirkəti Qırğızıstanda elektron hökumət sahəsində növbəti layihəni reallaşdıracaq

Azərbaycan şirkəti Qırğızıstanda elektron hökumət sahəsində növbəti layihəni reallaşdıracaq
# 12 oktyabr 2011 09:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın IT şirkəti olan «SINAM» Qırğızıstan Respublikası Hökuməti yanında Dövlət Qeydiyyat Xidmətinin Kadastr və Daşınmaz Əmlak Hüquqlarının Qeydiyyatı Departamentinin sənədlərinin elektron arxivinin yaradılması üzrə keçirilmiş tenderin qalibi olub.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, tender Qırğızıstan hökuməti tərəfindən maliyyələşdirilən Torpaq və Daşınmaz Əmlakın Qeydiyyatının ikinci layihəsi çərçivəsində keçirilib.

Layihə çərçivəsində «SINAM» şirkəti Departamentin Bişkek və Oş şəhərlərində yerləşən yerli qeydiyyat ofislərinin təxminən 3,33 mln. səhifədən ibarət kadastr və digər sənədlərin rəqəmsallaşdırılması (elektron nüsxələrinin yaradılması), sənədlərin indeksləşdirilməsi və sənədlər haqqında meta-verilənlərlə birlikdə Dövlət Qeydiyyat Xidmətinin verilənlər bazasında yadda saxlanılması üzrə işlər həyata keçiriləcək. Göstərilən işlərin 9 ay müddətində başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, «SINAM» şirkəti Qırğızıstanda elektron hökumət sahəsində artıq bir layihəni reallaşdırmaqdadır. Belə ki, «SINAM» hazırda Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən «Vergi inzibatçılığında islahat və modernləşdirmə Layihəsi» çərçivəsində Qırğızıstan Dövlət Vergi Xidmətində inteqrasiya olunmuş vergi inzibatçılığı sisteminin proqram təminatının işlənib hazırlanmasını və quraşdırılmasını həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR