Bank Of Baku

Xırdalan stansiyasının yeni inzibati binası istifadəyə verilib - FOTO

Xırdalan stansiyasının yeni inzibati binası istifadəyə verilib - <font color=red>FOTO</font>
# 12 oktyabr 2011 11:44 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərbaycan Dəmir Yolları” QSC-nin Xırdalan stansiyasının yeni inzibati binası istifadəyə verilib.

Cəmiyyətin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, mərasimdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov iştirak edib, inzibati binada işçilər üçün yaradılan şəraitlə tanış olub.

Stansiyasının yeni inzibati binasının tikintisinə 2011-ci ilin əvvəlində başlanılıb və on ay müddətində daxili imkanlar hesabına tikilib başa çatdırılıb. Yeni ikimərtəbəli inzibati binada hərəkətçilərlə yanaşı, gömrük, polis və sanitar-karantin müfəttişliyinin əməkdaş¬ları üçün də yüksək komfortlu iş otaqları yaradılıb.

Arif Əsgərov yeni inzibati binada yaradılan şəraitdən razılıq edib, mərasimdə iştirak edən KİV nümayəndələrinin suallarını cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR