Bank Of Baku

İranda İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin nəqliyyat və gömrük idarələri rəsmilərinin toplantısı keçiriləcək

İranda İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin nəqliyyat və gömrük idarələri rəsmilərinin toplantısı keçiriləcək
# 12 oktyabr 2011 11:56 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. Oktyabrın 17-19-da İranın Bəndər Abbas şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olan ölkələrin nəqliyyat və gömrük idarələri rəsmilərinin toplantısı keçiriləcək.

APA-Economics”in İƏT mətbuat xidmətinə istinadən məlumatına görə, iclasda region ölkələrində nəqliyyat və logistika məsələlərinin inkişafı müzakirəyə çıxarılacaq. Toplantı çərçivəsində Bəndər Abbas-Almatı dəmir yolu xəttinin açılışı olacaq.

Xatırladaq ki, hazırda İƏT-ə Azərbaycan, İran, Türkmənistan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Əfqanıstan, Qırğızıstan, Pakistan və Tacikistan daxildirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR