Bank Of Baku

«Bakcell» şirkəti «Klass» abunəçilərinə yeni tarif təqdim edib

«Bakcell» şirkəti «Klass» abunəçilərinə yeni tarif təqdim edib
# 12 oktyabr 2011 12:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti «Klass» abunəçilərinə zəng üzrə hesablanan yeni tarif təqdim edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanda ilk dəfə olaraq «Klass» abunəçiləri zəngin hər dəqiqəsi üçün deyil, bütöv zəng üçün ödəmək imkanı verən tarif paketindən yararlana biləcək.

Şirkət «Klass» tarifinin «Daha çox danışın, daha çox dəyər əldə edin!» prinsipinə sadiq qalaraq, yeni «Klass 7» adlı tarif kampaniyasını təqdim edib ki, bu tarif bazarda ilk dəfə olaraq ən maksimal - 7 «Sevimli Nömrə» təklif edir. «Klass 7» tarifi çərçivəsində «Bakcell» abunəçiləri danışıq haqqını hər limitsiz zəngə görə ödəyəcək. Bir zəngin maksimal müddəti 1 saatdır. «Sevimli Nömrələr»ə edilən bir zəngin qiyməti 2 qəpik təşkil edir. «Bakcell»in digər abunəçilərinə bir limitsiz zəngin qiyməti 7 qəpikdir.

Bundan başqa, istirahət günlərində abunəçilər bütün «Bakcell» nömrələrinə bir zəng üçün 2 qəpik ödəməklə zəng edə biləcək. Bütün həftə ərzində 7 «Sevimli Nömrə»yə göndərilən SMS-lərin qiyməti 1 qəpik təşkil edir. İstirahət günlərində isə ölkə daxilində bütün istiqamətlərə göndərilən SMS-lərin qiyməti 1 qəpik olacaq.

«Klass 7» tarif kampaniyasına bütün cari və yeni «Klass» abunəçiləri qoşula bilərlər. Yeni tarifə qoşulmaq üçün «Klass» abunəçiləri mobil telefonlarında 139#2#YES nömrəsini yığmalıdır. Hazırda «Klass Peşəkar» tarifindən istifadə edən müştərilər də eyni kodu yığmaqla «Klass 7» tarifinə keçə bilər. «Klass 7» tarifinin aylıq abunə haqqı 7 manat təşkil edir. Abunəçilər yeni tarifə bu gündən etibarən qoşulub təklifin bütün üstünlüklərindən faydalana bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR