Bank Of Baku

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan şirkətinə yeni lisenziya təqdim edib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan şirkətinə yeni lisenziya təqdim edib
# 13 oktyabr 2011 09:02 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi SINAM şirkətinə fəaliyyət istiqamətlərindən biri üzrə lisenziya təqdim edib.

İKT İnformasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, lisenziya Azərbaycanda fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması və onlara xidmətlərin göstərilməsinə icazə verir.

SINAM şirkətinin göstərilən istiqamətdə proqram təminatının hazırlanması üzrə yüksək peşəkar səviyyəsini təsdiqləyən lisenziya beş il müddətini əhatə edir.

Qeyd etmək lazımdır ki, SINAM şirkəti 16 ildir fəaliyyət göstərir, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun aparıcı sistem inteqratorlarından biridir. “Microsoft”, “Oracle”, “Alcatel-Lucent”, EMC, “Cisco”, İMC, “e-İnstruction” kimi beynəlxalq biznes-tərəfdaşları Azərbaycanda təmsil edən SINAM şirkətinin ABŞ, Qırğızıstan və Gürcüstanda nümayəndəlikləri fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR