Bank Of Baku

Azərbaycana yatırılan xarici sərmayələrin 18%-i tikinti sektoruna qoyulub

Azərbaycana yatırılan xarici sərmayələrin 18%-i tikinti sektoruna qoyulub
# 19 oktyabr 2011 09:12 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycana yatırılan xarici sərmayələrin 18%-i tikinti sektoruna qoyulub. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) nümayəndəsi Rüfət Məmmədov «BakuBuild» tikinti sərgisinin açılışında bildirib.

Son 15 ildə ölkəyə 100 mlrd. dollar investisiya yatırıldığını vurğulayan R.Məmmədovun sözlərinə görə, bunun 60%-i qeyri-neft sektoruna qoyulub: «Ölkəyə cəlb olunmuş birbaşa xarici investisiyaların 18%-i tikinti sektoruna qoyulub».

Azpromo nümayəndəsi bildirib ki, inşaat sərgisinin keçirilməsi ölkənin inşaat potensialını nümayiş etdirməklə yanaşı, yerli və xarici şirkətlər arasında əməkdaşlığın inkişafına da kömək edir: «Sərgiyə maraq ildən-ilə artır. Sərgi iştirakçılarının və ekspozisiyanın sahəsi bu il də 20% artıb. «Azpromo»nun əsas məqsədlərindən biri də bu sahəyə investisiyaların cəlb olunmasıdır. Ona görə də bu sərgi bizim üçün böyük əhəmiyyət kəsb edən tədbirlərdən biridir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR