Bank Of Baku

Ələt, Şüvəlan və Türkan qəsəbələrinə optik kabellərin çəkilməsinə başlanılıb

Ələt, Şüvəlan və Türkan qəsəbələrinə optik kabellərin çəkilməsinə başlanılıb
# 19 oktyabr 2011 11:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Bakı ətrafı kənd və qəsəbələrə optik kabel çəkilişini davam etdirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, hazırda BTRİB-in transmissiya şəbəkəsi ümumi uzunluğu 2 000 km-dən çox olan optik kabel üzərində qurulub.

Bakının genişlənməsi, sənaye obyektlərinin şəhər ətraflarına köçürülməsi ilə əlaqədar BTRİB-in optik kabel magistralının genişləndirilməsi üçün də işlər davam etdirilir.
Artıq Ələt, Şüvəlan, Türkan qəsəbəsi istiqamətlərində yeni optik kabellərin çəkilişi işlərinə başlanılıb, Pirşağı və Kürdəxanı istiqamətlərində isə artıq optik kabelin çəkilişi və istismara verilməsi başa çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR