Bank Of Baku

Azərbaycan Milli Metrologiya Mərkəzi və Almaniyanın Fiziki-Texniki İnstitutu arasında əməkdaşlıq memorandum imzalanıb

Azərbaycan Milli Metrologiya Mərkəzi və Almaniyanın Fiziki-Texniki İnstitutu arasında əməkdaşlıq memorandum imzalanıb
# 19 oktyabr 2011 13:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Milli Metrologiya Mərkəzi (MMM) ilə Almaniyanın Fiziki-Texniki İnstitutu (PTB) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Komitədən «APA-ECONOMICS»ə verilən məlumata görə, sənədə əsasən tərəflər milli etalonların ikitərəfli tutuşdurulmasını həyata keçirəcəklər. Bu məqsədlə Azərbaycanda və Almaniyada mövcud olan dövlət etalonlarının ölçmələri müqayisə olunacaq.

Bundan başqa, memoranduma əsasən hər iki qurum metrologiya sahəsində elmi-texniki əməkdaşlıq edəcək, elmi və texniki informasiyaların qarşılıqlı mübadiləsini, həmçinin PTB və MMM-in əməkdaşları arasında təcrübə mübadiləsi aparacaqlar.

Metrologiya üzrə dünyanın ən qabaqcıl institutlarından olan Fiziki və Texniki Federal İnstitut (PTB) Almaniyanın Braunşveyq və Berlin şəhərlərində yerləşir. PTB Almaniya Federativ Respublikasının fiziki-texniki təhlükəsizlik və metrologiya üzrə başlıca texniki idarəetmə və dövlət mühəndis tədqiqatı institutudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR