Bank Of Baku

Masallının Binə Xocavar kəndində yeni EATS istifadəyə verilib

Masallının Binə Xocavar kəndində yeni EATS istifadəyə verilib
# 19 oktyabr 2011 14:50 (UTC +04:00)
Masallı. Ağəddin Babayev - APA. Masallı rayonunun Binə Xocavar kəndində 304 nömrəlik elektron tipli yeni ATS-in açılışı olub.

APA-nın cənub bürosunun məlumatına görə, rayon rəsmilərinin, kənd sakinlərinin və Rayon Telekommunikasiya Qovşağı işçilərinin qatıldığı tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının Banbaşı ərazisi üzrə nümayəndəsi Hörmət Balakişiyev açaraq, 304 nömrə tutumlu yeni EATS-in istifadəyə verilməsinin kəndin ölkə və dünya həyatına inteqrasiyasını sürətləndirəcəyini, bunun həm də ölkədə regionların inkişafına göstərilən diqqətin bariz nümunəsi olduğunu bildirib.

Rayon Telekommunikasiya Qovşağının baş mühəndisi Nizam Bağırov isə çıxışında kənddə istifadəyə verilən yeni EATS və rayonda informasiya texnologiyaları sahəsində görülmüş işlər, əldə olunan uğurlardan ətraflı söz açıb.

Kənd ağsaqqallarından Atabala Hacıyev, Abdulhüseyn Əmənov və başqaları yeni istifadəyə verilmiş EATS-ə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Rəmzi qırmızı lent kəsildikdən sonra EATS-in yerləşdiyi binaya baxış keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR