Bank Of Baku

Azərbaycanda yükdaşımanın və sərnişindaşımanın həcmi artıb

Azərbaycanda yükdaşımanın və sərnişindaşımanın həcmi artıb
# 20 oktyabr 2011 07:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən aylarında 152,6 mln. ton yük və 1,1 mlrd. nəfər sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yükdaşımanın həcmi 4,5%, sərnişindaşımanın həcmi isə 7,2% artıb.

Yük daşınması avtomobil nəqliyyatı ilə 9,6%, dəniz nəqliyyatı ilə 11,1%, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 8,4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR