Bank Of Baku

Bakıda MDB-nin Tikinti fəaliyyəti üzrə Dövlətlərarası Şurasının Qiymətqoyma komissiyasının iclası keçirilir - FOTOSESSİYA

Bakıda MDB-nin Tikinti fəaliyyəti üzrə Dövlətlərarası Şurasının Qiymətqoyma komissiyasının iclası keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 20 oktyabr 2011 08:11 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, iki gün davam edəcək iclasa MDB dövlətlərindən qiymətqoyma və smeta layihələndirmə üzrə mütəxəssislər, həmçinin Azərbaycanın layihə institutlarının rəhbərləri qatılıb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, iclasda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan və Tacikistandan müvafiq qurumların nümayəndələri iştirak edir.

«Bizim məqsədimiz normativ hüquqi sənədləri uyğunlaşdırmaq və əməkdaşlığımızı inkişaf etdirməkdir», - deyə E. Əsədov vurğulayıb.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin elmi-texniki və smeta normaları şöbəsinin müdir müavini Qumalat Babayev bildirib ki, iclasda məqsəd MDB iştirakçı dövlətlərin müvafiq qurumlarının nümayəndələri ilə fikir mübadiləsi aparmaqdır: «Burada hər bir ölkənin nümayəndəsi əldə etdikləri nailiyyətlərdən danışacaq. Yeni texnologiyaların, yeni materialların və konstruksiyaların normalarının işlənib hazırlanmasına dair fikir mübadiləsi aparılacaq».

İclasın yekununda protokol qəbul ediləcək.

Qeyd edək ki, tədbir iştirakçıları bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR