Bank Of Baku

Bakıda MDB və Şərqi Avropa ölkələrində analoqu olmayan təyyarə trenajor mərkəzi açılıb

Bakıda MDB və Şərqi Avropa ölkələrində analoqu olmayan təyyarə trenajor mərkəzi açılıb
# 20 oktyabr 2011 09:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gündən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Milli Aviasiya Akademiyası və «Boeing» şirkəti «Boeing-757», «Boeing-767», «Airbus-319», «Airbus-320», «ATR-42-500» və «ATR-72-500» tipli uçuş trenajorlarının birgə istismarına başlayıb.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, AZAL 2011-ci ildə zəruri hava gəmisi tipinə aid normativ tələblərə əsasən hər bir trenajor üçün Böyük Britaniya Mülki Aviasiya İdarəsinin müvafiq sertifikatlarını alıb.

Təqdim edilən trenajorlar beynəlxalq standartlar və tələb olunan bütün texniki xarakteristikalara uyğundur: «Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə cavab verən yüksək səviyyəli bu hazırlıq mərkəzi indi nəinki regionda, hətta MDB məkanında və Şərqi Avropa ölkələrində analoqu olmayan trenajor mərkəzidir. Bu mərkəz dünya standartları səviyyəsində fəaliyyətə başlamaqla yanaşı, burada həmçinin «Boeing-757», «Boeing-767», «Airbus-319», «Airbus-320», «ATR-42-500» və «ATR-72-500» trenajorlarına texniki xidmət göstəriləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR