Bank Of Baku

Polşa “Şərq Tərəfdaşlığı” ölkələrinin gömrüklərində Avropa standartlarının tətbiq olunmasını təklif edir - FOTO

Polşa “Şərq Tərəfdaşlığı” ölkələrinin gömrüklərində Avropa standartlarının tətbiq olunmasını təklif edir - <font color=red>FOTO</font>
# 20 oktyabr 2011 10:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Polşa “Şərq Tərəfdaşlığı” proqramına üzv olan ölkələrin gömrüklərində Avropa standartlarının tətbiq olunmasına çalışır.

APA-Economics”in xəbərinə görə, bunu Polşa Gömrük Xidmətinin rəhbəri Jasek Kapika oktyabrın 20-21-də Krakov (Polşa) şəhərində keçiriləcək “Ən yaxşı əməkdaşlıq istiqamətində” yüksək səviyyəli seminar ərəfəsində bəyan edib.

O qeyd edib ki, Polşa Gömrük Xidməti “Şərq Tərəfdaşlığı” proqramının fəal üzvlərindəndir: “Biz Ukrayna, Belarus, Moldova, Azərbaycan və Ermənistanın gömrük orqanlarını öz işinin Avropa, Polşa standartları səviyyəsinə uyğunlaşdırılması məsələsində dəstəkləyirik”.

Polşa həmçinin “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələr üçün Avropa İttifaqının (Aİ) gömrük sahəsində Fəaliyyət Planı hazırlamasına tərəfdardır. Artıq Ukrayna və Moldova üçün bu cür plan hazırlanıb, digər ölkələr, o cümlədən Azərbaycan üçün isə hazırlanma mərhələsindədir.

Polşanın Aİ prezidentliyi çərçivəsində keçirilən seminarda birliyə üzv olan ölkələrin və “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan 6 ölkənin gömrük xidməti rəhbərləri iştirak edəcək. Tədbir iştirakçıları gömrük sahəsində təcrübə mübadiləsi aparacaqlar. Seminarın sonunda Aİ və “Şərq Tərəfdaşlığı” ölkələri arasında əməkdaşlıq və gömrük tənzimləmələrinin uyğunlaşdırılması haqqında yekun sənəd qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR