Bank Of Baku

Bakıda «İnformasiya Texnologiyaları Evi» açılıb

Bakıda «İnformasiya Texnologiyaları Evi» açılıb
# 20 oktyabr 2011 10:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) layihəsi çərçivəsində Azərbaycan Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin dəstəyi ilə Bakıda “İnformasiya Texnologiyaları Evi” açılıb.

«APA-Economics»in məlumatına görə, «İnformasiya Texnologiyaları Evi» ATGTİ-nin nəzdində yaradılan və tələbələrə informasiya texnologiyaları sahəsində biliklərini artırmaq üzrə təlimlərin keçirilməsi üçün nəzərdə tutulan mərkəzdir.

Layihə çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mərkəzə 25 kompüter (20 masaüstü kompüter və 5 noutbuk) hədiyyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR