Bank Of Baku

Polşada Avrasiya Kabel Operatorları Assosiasiyasının iclası keçirilib

Polşada Avrasiya Kabel Operatorları Assosiasiyasının iclası keçirilib
# 20 oktyabr 2011 11:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Poznanda (Polşa) Avrasiya Kabel Operatorları Assosiasiyasının iclası keçirilib. Bu barədə “APA-Economics”ə Azərbaycan Kabel Operatorları Assosiasiyasından (AKOA) məlumat verilib.

Tədbirdə Azərbaycanı AKOA-nın prezidenti Samir Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda Avropa məkanında rəqəmsal televiziyanın inkişaf perspektivləri müzakirə olunub. İclas çərçivəsində AKOA ilə Avropanın aparıcı kabel operatorları arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb, əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. İclasda Polşa Avrasiya Kabel Operatorları Assosiasiyasına üzv qəbul edilib.

Qeyd edək ki, Avrasiya Kabel Operatorları Assosiasiyasının yaradılması ideyası AKOA tərəfindən irəli sürülüb. Ötən il Bakıda keçirilən və kabel televiziyasının inkişafına hər olunmuş beynəlxalq konfransda bu barədə niyyət protokolu imzalanıb. Sənədi Azərbaycan, Rusiya, Moldova, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan və Türkiyəni təmsil edən qurumların rəhbərləri imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR