Bank Of Baku

Azərbaycanda İKT sahəsi son bir ildə 11% artıb

Azərbaycanda İKT sahəsi son bir ildə 11% artıb
# 20 oktyabr 2011 13:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən informasiya və rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara 883,1 mln. manatlıq xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ildəkindən müqayisəli qiymətlərlə 11% çoxdur. Xidmətlərin 73%-i bilavasitə əhaliyə göstərilib.

«Mobil telefon xidmətindən əldə olunmuş gəlir 3,4% artaraq 551,8 mln. manata çatıb və bütün gəlirlərin 62,5%-ni təşkil edib. Ötən ilin analoji dövrünə nisbətən mobil telefon xidmətindən əldə olunmuş gəlirlərin həcmi 2,2% azalıb», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR