Bank Of Baku

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin strukturu və işçilərinin say həddi təsdiqlənib

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin strukturu və işçilərinin say həddi təsdiqlənib
# 20 oktyabr 2011 14:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Nazirlər Kabineti Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin strukturunun və işçilərinin say həddini təsdiq edib. Bu barədə “APA-Ecnomics”ə Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin aparatının və regional bölmələrinin işçilərinin say həddi 204 ştat vahidi, o cümlədən Xidmətin aparatının işçilərinin say həddi 75 ştat vahidi müəyyən edilib.

Xidmətin strukturu iki bölmədən - Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Aparatı və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR