Bank Of Baku

Azərbaycanda tikinti sahəsinin perspektivləri müzakirə olunub - FOTO - VİDEO

Azərbaycanda tikinti sahəsinin perspektivləri müzakirə olunub - <font color=red>FOTO</font> - <font color=red>VİDEO</font>
# 20 oktyabr 2011 15:49 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Bu gün Bakı Sərgi Mərkəzində “BakuBuild - 2011” sərgisi çərçivəsində Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) tikinti sahəsinə həsr olunmuş genişləndirilmiş iclası keçirilib.

«APA-ECONOMICS»in məlumatına görə, iclasda Şəhərsalma və Arxitektura, Torpaq və Xəritəçəkmə, Əmlak Məsələləri və Standartlaşdırma komitələrinin, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri, həmçinin ölkənin və regionun tikinti şirkətləri iştirak edib.

İclasda Azərbaycanda və bütövlükdə regionda tikinti sahəsinin inkişafı perspektivləri müzakirə olunub, tikinti sahəsində fəaliyyət göstərən şirkətlərin problem və təklifləri biznes-forum formatında qonaqlar tərəfindən dinlənilib. Eləcə də iclasda tikinti sektorunda çalışan bəzi şirkətlərin məhsul və xidmətlərinin təqdimatı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR