Bank Of Baku

Bakıda KOOMET Beynəlxalq Regional Metrologiya Təşkilatının Texniki Komitəsinin iclası keçirilib

Bakıda KOOMET Beynəlxalq Regional Metrologiya Təşkilatının Texniki Komitəsinin iclası keçirilib
# 21 oktyabr 2011 08:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bakıda Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) təşkilatçılığı ilə KOOMET Beynəlxalq Regional Metrologiya Təşkilatının Elektrik və maqnetizm üzrə Texniki Komitəsinin iclası keçirilib.

SMPDK-dan «APA-Economics»ə verilən məlumata görə, iclasda KOOMET-ə üzv ölkələrin - Azərbaycan, Almaniya, Rusiya, Belorus, Moldova, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Gürcüstanın metrologiya üzrə qurumlarının mütəxəssisləri iştirak ediblər. İclasın əsas müzakirə mövzusu elektrik və maqnetizm kəmiyyəti vahidləri dövlət etalonlarının qarşılıqlı tanınma və tutuşdurulması məsələlərinin müzakirəsi olub.

Qeyd edək ki, KOOMET üzv ölkələrin metrologiya sahələrində qanunvericiliyin təkmilləşdirilməsini, akkreditasiya, keyfiyyəti idarəetmə sistemində əməkdaşlıq əlaqələrinin gücləndirilməsini, fiziki kəmiyyət vahidləri və digər dövlət etalonlarının qarşılıqlı tanınması və tutuşdurulmasını həyata keçirir.

SMPDK 2007-ci ildən KOOMET-in üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR