Bank Of Baku

Azərbaycan QDİƏT-in nəqliyyat sektoru ilə bağlı tədbirində iştirak edir

Azərbaycan QDİƏT-in nəqliyyat sektoru ilə bağlı tədbirində iştirak edir
# 21 oktyabr 2011 10:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Rusiyanın paytaxtı Moskvada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Nəqliyyat üzrə işçi qrupunun və nəqliyyat nazirlərinin görüşü keçirilir.

Nəqliyyat Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, oktyabrın 19-21-də baş tutacaq görüşdə Qara dəniz regionunda avtomobil yollarının inkişafı, QDİƏT regionunda avtomobil yolları vasitəsilə yüklərin daşınmasının asanlaşdırılması, QDİƏT-in 2011-2012-ci illər üzrə işçi proqramının hazırlanması və müzakirə edilir.

Tədbir çərçivəsində nəqliyyat nazirlərinin görüşünün keçirilməsi bu gün nəzərdə tutulub.

Qeyd edək ki, görüşdə Azərbaycan Nəqliyyat Nazirliyini nazir müavini Musa Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR