Bank Of Baku

Bakıda Avtonəqliyyat Gömrük İdarəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib

Bakıda Avtonəqliyyat Gömrük İdarəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib
# 21 oktyabr 2011 12:36 (UTC +04:00)
DGK mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, mərasimlərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov iştirak ediblər.

Əvvəlcə DGK Avtonəqliyyat Gömrük İdarəsinin yeni inzibati binası ilə yaxından tanış olan qonaqlara məlumat verilib ki, prezident İlham Əliyevin fevralın 25-də imzaladığı fərmanla ölkə ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, dövlət qeydiyyatının aparılması, daimi uçota alınması, nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsi, habelə nəqliyyat vasitələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının verilməsi ilə əlaqədar prosedurların “bir pəncərə” prinsipi əsasında sadələşdirilməsinin təmin edilməsi məqsədilə respublikanın müvafiq orqanlarına verdiyi tapşırığa əsasən açılışı gerçəkləşdirilən bu binanın ümumi sahəsi 0,5 hektar ərazini əhatə edir.

Ərazidə inzibati bina, yeməkxana, sanitar qovşağı, tənzimləyici bina, iki ədəd su anbarı və nasosxana binası inşa edilib. Üç mərtəbədən ibarət olan və bütün zəruri texniki təchizat vasitələri ilə təmin edilən Avtonəqliyyat Gömrük İdarəsinin yeni inzibati binasının birinci mərtəbəsində elektron növbə əsasında idxal-ixrac əməliyyatları üzrə müxtəlif təyinatlı bütün növ avtonəqliyyat vasitələrinin və texnikanın gömrük rəsmiləşdirilməsi həyata keçirilir. Həmçinin bütün gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə alınmasını təmin etmək məqsədilə bu mərtəbədə “AFBBank”ın 3 saylı şöbəsinin fəaliyyəti də təşkil olunub, xarici iqtisadi fəaliyyət iştirakçılarının məlumatlandırılması üçün iki ədəd elektron informasiya köşkü quraşdırılıb. Bu idarə tərəfindən cari ilin 9 ayı ərzində idxal əməliyyatları üzrə 50 257 ədəd, ixrac əməliyyatları üzrə 38 ədəd avtonəqliyyat vasitəsi və texnikanın gömrük rəsmiləşdirilməsi həyata keçirilib.

Daha sonra qonaqlar DİN Baş Dövlət Yol Polisi İdarəsinin aidiyyatı qurumu üçün tikilmiş, iş otaqlarından, nəqliyyat vasitələrinə baxış xəttindən, növbətçi hissədən və xəzinə otağından ibarət olan inzibati bina ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, əvvəllər ölkəmizə gətirilən avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə dövlət qeydiyyatının aparılması prosedurları müxtəlif ərazilərdə həyata keçirilirdi. Bu da vətəndaşların müəyyən vaxt itkilərinə və əlavə vəsait xərcləmələrinə səbəb olurdu. Artıq xaricdən gətirilən nəqliyyat vasitələrinin “bir pəncərə” prinsipi əsasında eyni vaxtda həm gömrük rəsmiləşdirilməsini, həm də dövlət qeydiyyatının aparılmasını həyata keçirmək mümkün olacaqdır.

Sonda DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov görülən işləri yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR