Bank Of Baku

BTRİB-də «Qaynar xətt» yaradılıb

BTRİB-də «Qaynar xətt» yaradılıb
# 21 oktyabr 2011 12:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən «Qaynar xətt» yaradılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Bakıda vətəndaşlara, hüquqi və fiziki şəxslərə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətini daha da yaxşılaşdırmaq, yarana biləcək hər hansı problem və qüsurların vaxtında aradan qaldırılması üçün operativ tədbirlərin görülməsini təmin etmək, rəy və təkliflərini öyrənmək, onlarla əlaqə yaratmaq məqsədilə BTRİB tərəfindən «Qaynar xətt» xidməti yaradıb. Əhali «Qaynar xətt»ə (012) 598-81-22 nömrəsi ilə müraciət edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR