Bank Of Baku

Azərbaycanda yenilənmiş «Renault Logan» avtomobilinin satışına başlanılır

Azərbaycanda yenilənmiş «Renault Logan» avtomobilinin satışına başlanılır
# 21 oktyabr 2011 13:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Fransanın «Renault» avtomobillərinin Azərbaycanda rəsmi dileri olan «Nurgün Motors» şirkəti yenilənmiş «Renault Logan» avtomobillərinin satışına başlayır.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, modelin yeni versiyası 1,4 litr (75 at gücü), 1,6 litr (84 at gücü) və 1,6 litr 16V (102 at gücü) benzin aqreqatları ilə təklif olunacaq. Modelin qarışıq dövrədə yanacaq sərfi 100 km üçün - mexaniki transmissiya ilə 7,1 litr, avtomatik transmissiya ilə isə 8,4 litr təşkil edir.

Yenilənmiş «Logan»ın minimal qiyməti 9,9 min manat təşkil edir. Avtomobilə 3 il və ya 100 min km zəmanət verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR