Bank Of Baku

«Samsung Galaxy S» və «Galaxy S II» smartfonlarının satışı 30 mln.-u keçib - FOTO

«Samsung Galaxy S» və «Galaxy S II» smartfonlarının satışı 30 mln.-u keçib - <font color=red>FOTO</font>
# 21 oktyabr 2011 14:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Cənubi Koreyanın istehsalı olan «Samsung Galaxy S i» və «Galaxy S II» smartfonlarının ümumi satış göstəricisi 30 mln. ədədi keçib.

«Samsung Electronics»dən «APA-Economics»ə verilən məlumata görə, «Galaxy S II» smartfonu «Samsung»un tarixdə ən yaxşı satılan smartfonu olub: «Həmin smartfonun dünya üzrə satış göstəricisi 10 mln.-dan çoxdur. Böyük Britaniyada keçirilmiş «Mobile Choice Consumer Award 2011» tədbiri zamanı «Galaxy S II» 10 mükafatdan 5-nə layiq görülüb. Bu smartfon həmçinin alıcıların ən sevimli smartfonuna çevrilməklə «T3 Gadget Award 2011»in təqdim etdiyi «İlin smartfonu» mükafatını da əldə edib».

«Samsung Galaxy S» smartfonu 2010-cu ildə təqdim olunub. O vaxtdan indiyədək şirkətin rekordsmenlərindən birinə çevrilən həmin smartfonun satış göstəriciləri 20 mln-a yaxındır ki, bu da onu «Samsung»un bu günə ən yaxşı satılan mobil qurğusuna çevirib.

Qeyd edək ki, «Galaxy S» xətti istehlakçılar arasında tədricən daha da populyarlaşmaqdadır ki, bu da «Samsung Galaxy» markasını mobil dünyanın ən tanınan markalarından birinə çevirməkdədir. Hazırda “Samsung” şirkəti Android platformalı smartfonların ən iri təchizatçısıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR