Bank Of Baku

Azərbaycan təhsil sisteminin informasiyalaşdırılması layihəsini Cenevrədə keçiriləcək sərgidə təqdim edəcək

Azərbaycan təhsil sisteminin informasiyalaşdırılması layihəsini Cenevrədə keçiriləcək sərgidə təqdim edəcək
# 21 oktyabr 2011 14:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Oktyabrın 24-27-də Cenevrədə (İsveçrə) «ITU Telecom World - 2011» beynəlxalq sərgi və forum keçiriləcək.

İKT İnformasiya Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması ilə əlaqədar görülən işlər təqdim olunacaq. Belə ki, Azərbaycanın Milli Pavilyonunda Təhsil Nazirliyinin «2008-2012-ci illərdə Azərbaycanın təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində həyata keçirdiyi layihələr nümayiş etdiriləcək.

Azərbaycan Milli Pavilyonunun ziyarətçiləri Azərbaycan təhsil şəbəkəsi (AzEduNet), pedaqoji kadrların İKT üzrə biliklərinin artırılması, elektron tədris resurslarının hazırlanması, Edu.az Milli Təhsil Portalı, «Elektron məktəb» pilot layihəsi, təhsilin idarəolunmasında informasiya texnologiyalarının tətbiqi, «Həmkara dəstək» və «1 şagird - 1 kompüter» layihələri haqqında geniş məlumat əldə edəcək.

Qeyd edək ki, Azərbaycanın Milli Pavilyonu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR