Bank Of Baku

Daşkəsən rabitəsi TAE-yə qoşulandan sonra Azərbaycan MDB-də bütün rayon mərkəzlərinin bu magistral xəttinə qoşulmuş ilk ölkə olacaq

Daşkəsən rabitəsi TAE-yə qoşulandan sonra Azərbaycan MDB-də bütün rayon mərkəzlərinin bu magistral xəttinə qoşulmuş ilk ölkə olacaq
# 21 oktyabr 2011 15:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan «Trans Asia-Europa» (TAE) fiber-optik kabel magistralının Azərbaycan seqmentinin genişləndirilməsinə dair işlərini davam etdirir.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Gədəbəy rabitəsinin Şəmkir istiqamətində TAE xəttinə birləşdirilməsi nəzərdə tutulub. Artıq hazır olan bu layihənin həyata keçirilməsi ilə Şəmkirdən Gədəbəy istiqamətində bütün kəndlərin birbaşa bu xəttə qoşulması təmin olunacaq.

Yardımlı və Neftçala rabitəsinin TAE xəttinə qoşulması istiqamətində işlər davam edir. Birlik tərəfindən Daşkəsən rabitəsinin də TAE xəttinə qoşulmasından sonra Azərbaycan MDB ölkələri sırasında bütün rayon mərkəzləri TAE xəttinə qoşulmuş ilk ölkə olacaq.

Qeyd edək ki, TAE-nin reallaşdırılması üçün 1999-cu il oktyabr ayında Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli protokol imzalanıb. Həmin ilin dekabr ayından etibarən TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb. Tikintisi 2 il davam edən fiber-optik kabel 2001-ci ildə başa çatdırılıb (Azərbaycan seqmentinin quru hissəsi) və elə həmin il də Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.

Xatırladaq ki, TAE magistralı Çinin Şanxay şəhərindən Almaniyanın Frankfurt-Mayn şəhərinədək 24 min kilometrlik məsafədə uzanan böyük əhəmiyyətə malik rabitə şəbəkəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR