Bank Of Baku

Azərbaycan Ümumdünya Poçt İttifaqının Berndə keçirilən payız sessiyasında iştirak edir

Azərbaycan Ümumdünya Poçt İttifaqının Berndə keçirilən payız sessiyasında iştirak edir
# 24 oktyabr 2011 10:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Berndə (İsveçrə) Ümumdünya Poçt İttifaqının (ÜPİ) Administrativ Şurasının payız sessiyası işə başlayıb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Administrativ Şuranın üzvlüyünə 4 il müddətinə seçilən Azərbaycan ÜPİ-nin işinə öz töhfəsini verir və üzvlüklə bağlı bütün öhdəliklərini layiqincə yerinə yetirir. Ölkənin poçt administrasiyası Şuranın əksər komissiyalarının, layihə və işçi qruplarının tərkibinə daxildir və beynəlxalq cəmiyyətdə təşkilatın fəal üzvü kimi imic qazanıb.

Budəfəki sessiyanın təqvim planına ÜPİ-nin müxtəlif layihə və işçi qruplarının, eləcə də komissiyalarının iclasları daxildir. Sessiyada beynəlxalq poçtun inkişafına aid bir sıra mühüm məsələlərin müzakirəsi aparılacaq. Onların sırasında Azərbaycanda Dünya Bankının (DB) maliyyə dəstəyi ilə həyata keçirilən və ölkənin poçt infrastrukturunun bazası əsasında maliyyə xidmətlərinin göstərilməsinə yönələn «Maliyyə xidmətlərinin inkişafı» layihəsi ilə bağlı yekun və perspektivlər də var. Bu layihəni uğurla həyata keçirmiş Azərbaycan ÜPİ tərəfindən digər dövlətlərə poçt sektorunda analoji layihələrin tətbiqi üçün nümunəvi ölkə kimi göstərilib və Azərbaycan nümayəndə heyətinin üzvləri sessiya çərçivəsində bu layihənin təqdimatı üçün dəvət alıblar.

Qeyd edək ki, sözügedən tədbirdə Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları təmsil edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR