Bank Of Baku

«Azərsu» ASC-nin yeni Mərkəzi Laboratoriyasının təməlqoyma mərasimi keçirilib

«Azərsu» ASC-nin yeni Mərkəzi Laboratoriyasının təməlqoyma mərasimi keçirilib
# 24 oktyabr 2011 10:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda «Azərsu» ASC-nin yeni Mərkəzi Laboratoriyasının təməlqoyma mərasimi keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən «Azərsu»nun rəhbəri Qorxmaz Hüseynov bildirib ki, yeni su mənbələrinin müəyyən edilməsi, istehlakçılara verilən suyun keyfiyyət göstəricilərinə daim nəzarət olunması, onun tərkibinin müasir standartlar səviyyəsində öyrənilməsi məqsədilə tikilən laboratoriya binasının ümumi sahəsi 1800 kv. metr sahəni əhatə edəcək. Burada ən son texnologiyalara uyğun avadanlıqlar quraşdırılacaq. Laboratoriya istismara verildikdən sonra İSO-17025 akkreditasiya sertifikatına təqdim ediləcək və bununla da Azərbaycanda aparılan analizlərin nəticələri beynəlxalq səviyyədə qəbul olunacaq.

Q.Hüseynov bildirib ki, hazırda «Azərsu» ASC-nin Mərkəzi Laboratoriyasında suyun 30-a yaxın parametri öyrənilirsə, yeni laboratoriya istifadəyə verildikdən sonra bu göstəricinin sayı 75-ə çatacaq. Yeni laboratoriyada içməli suyun keyfiyyətinə tam nəzarət etmək üçün mikrobioloji, orqanoleptik, fiziki-kimyəvi, paratizioloji, toksikoloji, radioloji göstəricilər, həmçinin üzvi və qeyri-üzvi maddələr təyin ediləcək.

Q.Hüseynov həmçinin qeyd edib ki, layihə çərçivəsində su təchizatı sistemində fövqəladə hallar baş verdikdə su nümunələrinin götürülməsi, onların yerində analiz olunması üçün səyyar laboratoriya və nümunə daşıyan maşınların alınması da nəzərdə tutulur: “Ümumilikdə yeni laboratoriya kompleksi sutka ərzində paytaxtın 500-dən artıq nöqtəsindən içməli su nümunələrinin götürülməsi və yoxlanılmasına imkan verəcək. Təxmini hesablamalara görə, laboratoriyanın tikintisinə 4 mln. manata yaxın vəsait tələb olunur. Vəsait dövlətin yatırdığı investisiyalar hesabına həyata keçiriləcək. Bundan başqa, laboratoriyaya alınacaq avadanlıqların alınması üçün qurumun mütəxəssisləri tərəfindən artıq seçim də aparılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR