Bank Of Baku

Bakı Metropoliteninin stansiyalarından birinə Hüseyn Cavidin adı verilə bilər

Bakı Metropoliteninin stansiyalarından birinə Hüseyn Cavidin adı verilə bilər
# 24 oktyabr 2011 10:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. «Bakı Metropoliteninin stansiyalarından birinə Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavidin adının verilməsi ilə bağlı təkliflər var». APA-nın məlumatına görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.

T.Əhmədov metro stansiyalarına qoyulan adların Metropoliten rəhbərliyinin səlahiyətlərinə aid olmadığını qeyd edib: «Bu işlə Nazirlər Kabineti yanında Adqoyma Komissiyası məşğul olur. Adqoyma Komissiyası kimin adını versə, biz buna tabe olacağıq. Bu gün biz bir qədər şəxsiyyətlərin adlarından istifadədən uzaqlaşırıq. Yadınıza gəlir ki, XI Qızıl Ordunu Bakıya dəvət edənlərin hamısı bu gün tarixdən, yaddaşlardan silinir, heykəlləri götürülür».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR