Bank Of Baku

Bu həftə Bakı-Bişkek aviareysi açılacaq

Bu həftə Bakı-Bişkek aviareysi açılacaq
# 24 oktyabr 2011 12:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Oktyabrın 30-dan etibarən Böyük Britaniyanın «British Midland International» (BMI) aviaşirkəti Bakı-Bişkek (Qırğızıstan) marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.

Şirkətin Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, Bakıdan Bişkekə uçuşlar hər həftənin I, IV və VI günləri saat 21:55-də yerinə yetiriləcək. Bakı-Bişkek-Bakı aviareysinə bir biletin qiyməti 332 manat təşkil edir. Sözügedən marşruta biletələr artıq satışa çıxarılıb.

Qeyd edək ki, Bakı-Bişkek aviareysi Londondan Bişkekə yerinə yetiriləcək aviareys çərçivəsində Bakıdan tranzit vasitəsilə həyata keçiriləcək. Bundan öncə Londondan Bişkekə uçuşlar Almatıdan (Qazaxıstan) həyata keçirilib.

Xatırladaq ki, BMI şirkətinin əsas uçuş marşrutları Aberdin, Ədis-Əbaba, Almatı, Əmman, Bakı, Beyrut, Belfast, Bişkek, Qahirə, Dəməşq, Dammam, Dublin, Edinburq, Fritaun, Qlazqo, Hannover, Ciddə, Xartum, Mançester, Moskva, Ər-Riyad, Tiflis, Tehran, Vyana və İrəvan şəhərlərinə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR