Bank Of Baku

Azərbaycan internet-trafikin sürətinə görə dünyada 107-ci yerdədir

Azərbaycan internet-trafikin sürətinə görə dünyada 107-ci yerdədir
# 24 oktyabr 2011 12:37 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, bu barədə «Speedtest» şəbəkəsini yaradan «Ookla» şirkətinin məlumatında bildirilir.

Məlumata əsasən, «NetIndex» adlı reytinqində nəticələr sentyabrın 21-dən oktyabrın 20-dək dövrdə aparılan eksperimental araşdırmaların əsasında əldə edilib. Sınaqların keçirilməsi üçün 156 513 unikal IP ünvan seçilib.

Tərtib olunmuş reytinqə görə, Azərbaycanda daxil olan trafikin orta sürəti 2,79 Mbit/s təşkil edir. Bakı üzrə bu göstərici 2,84 Mbit/s, Sumqayıt üzrə isə 2,31 Mbit/s-dir.

Reytinqdə Azərbaycanın 20 internet-provayderi və rabitə operatorlarının statistik göstəriciləri yer alıb. Araşdırmaların aparıldığı müddətdə qeyd edilən provayder və operatorların şəbəkələrində daxilolma trafikinin maksimal sürəti 7,15 Mbit/s («Eurosel» şəbəkələrində), minimal sürət isə 1,02 Mbit/s («Datacell») olub.

Ölkədən çıxan trafikin reytinqinə görə isə Azərbaycan 113-cü yeri tutub. Burada istifadəçilər şəbəkəyə 0,94 Mbit/s sürəti ilə qoşulur. Bakı üzrə bu göstərici 0,94 Mbit/s, Sumqayıt üzrə isə 0,70 Mbit/s təşkil edib.

Çıxan trafik üzrə reytinqdə həmçinin Azərbaycanın 20 internet-xidmət-provayderi və rabitə operatorlarının statistik nəticələri yer alıb. Araşdırmaların aparıldığı müddətdə onların şəbəkələrindən çıxan trafikin maksimal sürəti 3,41 Mbit/s (Azərbaycan Təhsil Şəbəkəsində - «AzEduNet»), minimal sürət isə 0,50 Mbit/s («Azerbaijan Data Network») qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR