Bank Of Baku

Abşeronda ONU avadanlığının tətbiqinə başlanılıb

Abşeronda ONU avadanlığının tətbiqinə başlanılıb
# 24 oktyabr 2011 12:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Aztelekom» İstehsalat Birliyi Abşeronda sakinlərin daha keyfiyyətli rabitə xidməti ilə təmin edilməsi məqsədilə yeni avadanlıqların tətbiqini genişləndirir.

“Aztelekom”dan “APA-Economics”ə verilən məlumata görə, Abşeron telekommunikasiya qovşağı bununla əlaqədar hazırlanan tədbirlər planının icrasının həyata keçirməyə başlayıb. Bu məqsədlə sakinlərin mənzillərinə yüksək keyfiyyətli rabitə və internet xidmətləri ilə təmin edən Optik Şəbəkə Nöqtəsi («Optik Network Union» - ONU) tipli stansiyanın tətbiqi genişləndirilir.

Həyata keçirilən tədbirlər nəticəsində Xocasən qəsəbəsində 768 nömrə tutumlu, Quşçuluq yaşayış massivinin S.Bəhlulzadə və H.Zərdabi küçələrinin hər birində 768 nömrə tutumlu, Mexkalaon yaşayış massivində 512 nömrə tutumlu ONU avadanlıqlar,o cümlədən Yeni Saray və Ceyranbatan yaşayış massivlərində yeni elektron ATS-in tikilərək istifadəyə verilməsi gözlənilir.

ONU stansiyası sakinlərə NGN texnologiyası ilə 62 növ servis xidmətindən istifadə etməyə imkan verir. Sözügedən avadanlıq istifadəçilərin telefon rabitəsi ilə yanaşı IP TV, video-zəng və digər multimedia xidmətlərindən yüksək səviyyədə istifadəsinə geniş imkanlar yaradır.

Qeyd edək ki, dünya təcrübəsində texnoloji baxımdan özünü yaxşı təqdim edən avadanlıq abunəçi ilə stansiya arasında məsafəni qısaldır, telefon, internet xidmətinin daha sürətli və yüksək keyfiyyətli çatdırılmasını təmin edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR