Bank Of Baku

Azərbaycan Niderlanddan Hava Hərəkətini İdarəetmə və Nəzarət Sistemi sifariş verib

Azərbaycan Niderlanddan Hava Hərəkətini İdarəetmə və Nəzarət Sistemi sifariş verib
# 24 oktyabr 2011 13:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Niderlandın HITT şirkətindən Bakı Beynəlxalq Hava Limanı üçün Hava Hərəkətini İdarəetmə və Nəzarət Sistemi (Air Traffic Guidance and Control System - A-SMGCS) sifariş verib. «APA-Economics»in xəbərinə görə, bu barədə HITT şirkəti məlumat yayıb.

Məlumatda bildirilir ki, Bakı Beynəlxalq Hava Limanı hazırda əsaslı təmir olunur və işlər 2013-cü ildə yekunlaşacaq. «Azərbaycan Hava Yolları» QSC tərəfindən sifariş verilmiş sistemə «Terma» səthi hərəkət radarı və «Era» multilateration sistemi ilə inteqrasiya olunmuş HITT Hava Hərəkət Nəzarət sistemi daxildir. Bu sistem «Azərbaycan Hava Yolları»nın işçilərinə hər cür hava şəraitində hava limanında hərəkətlərin təhlükəsizliyini təmin etməyə imkan yaradacaq.

Qeyd edək ki, HITT şirkəti dünyada aparıcı hərəkət idarəetmə və naviqasiya sistemlərinin istehsalçısıdır. Şirkət hava və dəniz nəqliyyatı üçün müxtəlif idarəetmə sistemlərini istehsal edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR