Bank Of Baku

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin artıb

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin artıb
# 24 oktyabr 2011 14:33 (UTC +04:00)
«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, avqust ayında bu indikator 51,7%, iyulda 92,3%, iyunda 90,3%, mayda 195,8%, apreldə 39%, martda 129,6%, fevralda 193,5%, yanvarda 37,5%, ötən ilin dekabr ayında isə 102,4% olub.

CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın eyni göstəricisinə nisbəti kimi hesablanır. Beləliklə, sentyabr ayında mənzil tikintisinə yönəldilən investisiyalar aylıq müqayisədə 4,2 dəfə artıb:




Qeyd edək ki, mənzil tikintisi xərclərinin mütləq göstəriciləri və onların dinamikasını əks etdirən CSI indikatoru əsas makroiqtisadi göstəricilərdən biridir və tikinti və onunla bağlı olan sahələrdə cari vəziyyəti əks etdirməklə yanaşı ümumilikdə, əhalinin alıcılıq qabiliyyətini göstərir. İndeksin artması və onun 100%-dən artıq olması müsbət göstəricidir, çünki mənzil tikintisinə qoyulan sərmayələrin artmasından xəbər verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR